DÜNYA

17 May

Dünya bazarlarının əsas indeks göstəriciləri

Mayın 16-da Amerika fond bazarında Dow Jones indeksi 1.01% – 33,012.14 bəndədək, SP 500 indeksi 0.64% – 4,109.90 bəndədək, Nasdaq indeksi isə 0.18% – 12,343.05 bəndədək azalıb.

Fins.az xəbər verir ki, Avropa fond bazarlarında mayın 16-da Almaniyanın DAX indeksi 0.12% – 15,897.93 bəndədək, FTSE 100 indeksi 0,34% – 7,751.08 bəndədək, Fransanın CAC-40 indeksi isə 0,16% - 7,406.01 bəndədək azalıb.

Avro isə ABŞ dolları qarşısında ötən günlə müqayisədə 0.02% dəyər itirərək 1.0860 dollara bərabər olub.