DÜNYA

15 May

Moody's Türkiyədəki seçkiləri qiymətləndirib

Qlobal kredit reytinqi agentliyi Moody's Türkiyədəki seçkiləri dəyərləndirib.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, Moody's dərc etdiyi qiymətləndirmədə, yeni Ərdoğan dövrünün - "mövcud qeyri-ortodoksal (ənənəvi olmayan, qaydalara əks - red) siyasətlərin, çox yüksək inflyasiya ilə bərabər makroprudensial tədbirlərin və ağır məzənnə təzyiqlərinin" davam etməsi ola biləcəyini qeyd edib.

Qiymətləndirmədə Kamal Kılıçdaroğlunun qələbəsinin ortodoks siyasətlərə (ənənəvi qaydalara - red) qayıtmaq ehtimalını artıracağını və bu siyasətlərin effektiv şəkildə həyata keçiriləcəyi təqdirdə bunun uzunmüddətli perspektivdə kredit reytinqinə müsbət təsir göstərə biləcəyi qeyd edilib.