DÜNYA

15 May

Aİ artım və inflyasiya gözləntilərini artırıb

Avropa İttifaqı Komissiyasının “Avropa İqtisadi Proqnozları 2023 Bahar” hesabatı dərc olunub.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, Avrozona iqtisadiyyatının 2023-cü ildə 1,1 %  artacağı, inflyasiyanın isə 5,8 % olacağı proqnozlaşdırılır.

Hesabatda Aİ iqtisadiyyatının 2023-cü ildə 1 %, 2024-cü ildə 1,7 %, Avrozona iqtisadiyyatının isə 2023-cü ildə 1,1 % , 2024-cü ildə isə 1,6 % artacağı proqnozlaşdırılır.

Qeyd edək ki, Aİ Komissiyasının əvvəlki “Qış” hesabatında 2023-cü ildə Aİ-nin 0,8 %, Avrozonanın isə 0,9 % artacağı proqnozlaşdırılmışdı.

Zəminə Hüseyn
Fins.az