DÜNYA

15 May

Mart ayında Türkiyədə muzdlu işçilərin sayı artıb

Bu barədə Türkiyə Statistika Təşkilatı məlumat yayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, muzdlu işçilərin sayı mart ayında aylıq 0,5 %, illik bazda isə 6,5 % artıb.

Sənaye, tikinti və ticarət-xidmət sektorlarında muzdlu işçilərin ümumi sayı 2023-cü ilin mart ayında əvvəlki ilin eyni ayına nisbətən 6,5 % artıb. Keçən ilin eyni ayında muzdlu işçilərin sayı 13 milyon 862 min 333 nəfər olduğu halda, 2023-cü ilin mart ayında 14 milyon 757 min 342 nəfər oldu.

Zəminə Hüseyn
Fins.az