DÜNYA

12 May

Türkiyədə mart ayı üzrə xarici ticarət indeksləri açıqlanıb

Türkiyə Statistika Təşkilatı mart ayı üzrə xarici ticarət indekslərini açıqlayıb.

Fins.az "Anadolu Ajansı"na istinadən xəbər verir ki, ixracat vahid dəyər indeksi mart ayında keçən ilin eyni ayına görə 2,7 % artıb.

2022-ci ilin mart ayı ilə müqayisədə indeks qida, içkilər və tütün məmulatlarında 11,2 %,emal sənayesində (qida, içkilər, tütün istisna olmaqla) 4,6 % artıb, xammalda (yanacaq istisna olmaqla) 9,6 % və yanacaqlarda 23,6 % azalıb.

Zəminə Hüseyn
Fins.az