DÜNYA

12 May

Tesla Çində 1,1 milyon avtomobili geri çağırır

"Tesla" texniki nasazlıqlara görə Çində 1,1 milyona yaxın elektrik avtomobilini geri çağırır.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, "Tesla" avtomobillərin sürətləndirici sistemlərində yaranan problem səbəbindən Çində satdığı demək olar ki, hər avtomobili təmir etməli olacaq.

"Tesla"nın Şanxay fabrikində istehsal etdiyi və 2019-cu ilin yanvarından bu ilin aprelinə qədər Çinə idxal etdiyi təxminən 1,1 milyon elektrik avtomobili problemi həll etmək üçün simsiz proqram təminatı təqdim etməlidir.

Zəminə Hüseyn
Fins.az