DÜNYA

12 May

Nissan-ın xalis mənfəəti artıb

"Nissan Motor" şirkəti balans hesabatları və 2023 maliyyə ili gözləntiləri açıqlayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, şirkətin xalis mənfəəti keçən ilə nisbətən 3% artaraq 221,9 milyard yendən təxminən 1,65 milyard dollara çatıb.

Şirkət 2023-cü maliyyə ilində xalis mənfəətinin 42 % artaraq 315 milyard yendən təxminən 2,34 milyard dollara çatacağını gözləyir.

Zəminə Hüseyn
Fins.az