DÜNYA

11 May

ABŞ-da işsizlik müavinəti üçün müraciət edənlərin sayı gözləntiləri üstələyib

ABŞ Əmək Departamenti həftəlik işsizlik müraciətləri ilə bağlı məlumat açıqlayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, işsizlik müavinəti üçün ilk dəfə müraciət edənlərin sayı gözləntiləri üstələyərək 264 minə yüksəlib.

Bu da 2021-ci ilin oktyabrından bəri ən yüksək dəyərdir. Gözlənti isə 245 min nəfər olacağı idi.

Zəminə Hüseyn
Fins.az