DÜNYA

11 May

Türkiyədə toyuq əti istehsalı azalıb

Türkiyə Statistika Təşkilatı (TÜİK) mart ayı Quşçuluq İstehsalı məlumatlarını paylaşıb.

Fins.az "CNN"-ə istinadən xəbər verir ki, mart ayında toyuq əti istehsalı əvvəlki ilin eyni ayına görə 1,5 % azalıb.

Mart ayında toyuq yumurtası istehsalı əvvəlki ilin eyni ayına görə 4,4% artdı. Toyuq əti istehsalı 1,5 %, kəsilən toyuqların sayı 6,5 %, hinduşka əti istehsalı 7,3 % azalıb. 

Zəminə Hüseyn
Fins.az