DÜNYA

11 May

Türkiyə Mərkəzi Bankın ehtiyatları 114,1 milyard dollar təşkil edib

Türkiyə Respublikası Mərkəzi Bankı tərəfindən Həftəlik Pul və Bank Statistikaları açıqlanıb.

Fins.az "Anadolu Ajansı"na istinadən xəbər verir ki, Türkiyə Respublikası Mərkəzi Bankının ümumi ehtiyatları  752 milyon dollar azalaraq 114 milyard 884 milyon dollardan 114 milyard 132 milyon dollara düşüb.

Ümumi valyuta ehtiyatları aprelin 28-də 68 milyard 471 milyon dollar səviyyəsində olub.

Sözügedən dövrdə qızıl ehtiyatları 693 milyon dollar azalaraq 46 milyard 413 milyon dollardan 45 milyard 720 milyon dollara düşüb.

Zəminə Hüseyn
Fins.az