DÜNYA

11 May

ABŞ-ın kommersiya xam neft ehtiyatları yüksəlib

ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki ticari xam neft ehtiyatlarının keçən həftə təxminən 3 milyon barrel artaraq 459 milyon 600 min barrelə çatdığını açıqlayıb.

Fins.az "Anadolu Ajansı"na istinadən xəbər verir ki, bazar gözləntisi, ehtiyatların 3 milyon 600 min barel artacağı idi.

ABŞ-ın xam neft idxalı əvvəlki həftə ilə müqayisədə gündəlik 843 min barrel azalaraq 5 milyon 553 min barrel olub. Xam neft ixracı isə gündəlik orta hesabla 1 milyon 861 min barrel azalma ilə 2 milyon 876 min barrelə geriləyib.

Zəminə Hüseyn
Fins.az