DÜNYA

11 May

Pegasus ilk rüb balansını açıqlayıb

"Pegasus", 2023-cü ilin 1-ci rübündə 441 milyon TL zərər gözləntisinin üzərində 598 milyon TL zərər açıqlayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, birinci rübdə ümumi xərclər illik müqayisədə 50 % artıb.

Yanacaq xərclərinin və kadr xərclərinin 63 % artması ümumi xərcləri artıran əsas amillər olub.

"Pegasus", ilk rübdə 3,7 milyon beynəlxalq sərnişinə ev sahibliyi edib.

Zəminə Hüseyn
Fins.az