DÜNYA

11 May

Yaponiyanın cari əməliyyatlar hesabının profisiti 54 % azalıb

Yaponiya Maliyyə Nazirliyi öz bəyanatında 2022-ci ilin aprel-2023-cü ilin mart aylarını əhatə edən cari əməliyyat həcminə dair məlumatları ictimaiyyətə açıqlayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, cari əməliyyatlar hesabının profisiti 54 % azalaraq 9,23 trilyon yen (68,8 milyard dollar) təşkil edib.

Bu rəqəm 2014-cü ildən bəri ən aşağı səviyyəyə düşüb.

Zəminə Hüseyn
Fins.az