DÜNYA

11 May

Çində inflyasiya son 2 ilin ən aşağı səviyyəsinə düşüb

Çin Milli Statistika Bürosunun məlumatına görə, aprel ayında Çində istehlak inflyasiyası son iki ilin ən aşağı səviyyəsinə düşüb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, istehlak qiymətləri aprel ayında keçən ilin eyni ayı ilə müqayisədə cəmi 0,1 % artıb.

Bu, 2021-ci ilin fevralından bəri görülən ən aşağı inflyasiya olaraq qeydə alınıb. Mart ayında qiymətlər illik müqayisədə 0,7 % artıb.

Aprel ayında əvvəlki ayla müqayisədə istehsalçı qiymətləri 0,5 %, istehlakçı qiymətləri isə 0,1 % azalıb.

İqtisadçılar aprel ayında qiymətlərin illik 0,4 % artacağını proqnozlaşdırmışdılar.

Zəminə Hüseyn
Fins.az