DÜNYA

11 May

Dünya bazarlarının əsas indeks göstəriciləri

Mayın 10-da Amerika fond bazarında Dow Jones indeksi 0,09% – 33,531.33 bəndədək azalıb, SP 500 indeksi 0,45% – 4,137.64 bəndədək, Nasdaq indeksi isə 1.04% – 12,306.44 bəndədək artıb.

Fins.az xəbər verir ki, Avropa fond bazarlarında mayın 10-da Almaniyanın DAX indeksi 0,37% – 15,896.23 bəndədək, FTSE 100 indeksi 0,29% – 7,741.33 bəndədək, Fransanın CAC-40 indeksi isə 0,49% - 7,361.20 bəndədək azalıb.

Avro isə ABŞ dolları qarşısında ötən günlə müqayisədə 0.02% dəyər itirərək 1.0980 dollara bərabər olub.