DÜNYA

10 May

Rusiya Mərkəzi Bankının İsveçrədəki aktivləri açıqlanıb

İsveçrə Dövlət İqtisadiyyat Katibliyi (SECO), Rusiya Mərkəzi Bankının ölkədəki aktivləri haqqında məlumatları dərc edib.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, Rusiya Bankının 7,4 milyard İsveçrə frankı (8,3 milyard dollar) dəyərində aktivləri İsveçrə ərazisində saxlanılır.

Bildirilib ki, qeyd olunan aktivlərin idarə olunması ilə bağlı əməliyyatlar Rusiya-Ukrayna müharibəsindən sonra qadağan edilib və bu gün İsveçrə hökumətinə Rusiya Mərkəzi Bankının aktivlərinin və ehtiyatlarının məbləği barədə məlumat verilib.