DÜNYA

10 May

Aprel ayında Kapadokyada keçirilən hava şarı turuna 30 mindən çox turist qatılıb

Türkiyənin turizm mərkəzi, tarixi, mədəni və təbii gözəllikləri ilə tanınan Kapadokiyada aprel ayında 30 282 turist hava şarı turuna qatılıb.

Fins.az "Anadolu Ajansı" na istinadən xəbər verir ki, turlara qatılan turistlər arasında yerli və xaricilər yer alıb.

Ötən ilin eyni dövründə 18 gün ərzində keçirilən turlarda 45 min 379 turist iştirak edib.

Zəminə Hüseyn
Fins.az