DÜNYA

10 May

Toyota-nın səhmləri 2,5 % bahalaşıb

Yaponiyanın avtomobil istehsalçısı "Toyota" analitiklərin hesablamalarına uyğun olaraq 2024-cü ilin mart ayına qədər olan dövr üçün əməliyyat mənfəətini 3 trilyon yen (22,2 milyard dollar) proqnozlaşdırıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, "Toyota"nın səhmləri 2,5 % bahalaşıb.

Bundan əlavə, şirkət xalis satışların bazar gözləntilərinə uyğun olaraq 38 trilyon yenaya çatmaq yolunda olduğunu bildirib. Bu təxminlərə əsasən, şirkət 10 faiz mənfəət artımı və güclü elektrikli avtomobil satışını hədəfləyir.