DÜNYA

10 May

Almaniyada ərzaq məhsullarının qiyməti artıb

Almaniya Federal Statistika İdarəsi (Destatis) qiymət artımı ilə bağlı aprel ayı üzrə yekun məlumatı açıqlayıb.

Fins.az "Anadolu Ajansı"na istinadən xəbər verir ki, Almaniyada mart ayında 7,4 % olan illik inflyasiya, aprel ayında gözləntilərə yaxın olaraq 7,2% olub.

Aprel ayı keçən illə müqayisədə ərzaq məhsulları 17,2 %, enerji məhsulları 6,8 % bahalaşıb. Əvvəlki ayla müqayisədə ərzaq qiymətləri azalarkən, enerji qiymətləri artıb.

Mart ayında ölkədə ərzaq məhsullarının qiymətləri illik bazda 22,3 % artıb.

Zəminə Hüseyn
Fins.az