DÜNYA

10 May

Fitch ABŞ bankları üçün "zəif performans" gözləyir

Fitch tərəfindən edilən açıqlamada, 2022-ci ilin noyabr ayındakı proqnoza uyğun olaraq, ABŞ bankları üçün daha zəif maliyyə performansı gözləməsinin 2023-cü ildə də davam etdiyi bildirilib.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, mart ayının sonundan etibarən ABŞ bankları üçün depozit çıxışlarının stabilləşdiyinə diqqət çəkilərək, aprelin 26-dək ABŞ kommersiya banklarındakı əmanətlərin 3 % azalaraq 16 trilyon dollara çatdığı qeyd edilib.

Açıqlamada uzunmüddətli reytinq nəticələri qiymətləndirilərkən, Silicon Valley Bank (SVB), Signature Bank və First Republic Bank-ın iflası nəticəsində yaranan ikinci dərəcəli təsirlərə diqqətin artdığı vurğulanıb.

Zəminə Hüseyn
Fins.az