DÜNYA

09 May

Ferrari bazar dəyərinə görə "Stellantis"i qabaqlayıb

İtaliyanın lüks avtomobil markası "Ferrari" bazar dəyərində daha bir həddi keçib.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, "Ferrari"nin bazar dəyəri "Stellantis"i geridə qoyaraq 49,2 milyard avroya çatıb.

İlin əvvəlindən bəri "Ferrari"nin səhmləri 34 % artıb və bu sürət "Ferrari"nin bazar dəyərini 49,2 milyard avroya (53,9 milyard dollar) yüksəldib. Eyni dövrdə "Stellantis"in bazar dəyəri 47,1 milyard avro olaraq qalıb.

Zəminə Hüseyn
Fins.az