DÜNYA

09 May

Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 73 mlrd. dolları ötüb

Rusiya və Çin arasında bu ilin yanvar-aprel aylarında ticarət dövriyyəsi illik müqayisədə 41,3% artaraq 73 milyard dolları ötüb. 

Fins.az xəbər verir ki, bu barədə Çinin Baş Gömrük İdarəsi məlumat yayıb.

Məlumata görə, Çinin Rusiyaya ixracı 4 ayda 67,2% artaraq təxminən 33,7 milyard dollar təşkil edib. Çinin Rusiyadan mal idxalı isə 24,8% artaraq 39,5 milyard dollara çatıb.