DÜNYA

09 May

IBM yeni süni intellekt platformasını hazırlayır

ABŞ-ın texnologiya şirkəti IBM yeni süni intellekt və məlumat platforması hazırladığını açıqlayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, şirkət süni intellektin işlərinə inteqrasiyasına kömək edəcək "WatsonX"i işə saldıqlarını açıqlayıb.

Alman proqram təminatı nəhəngi SAP və İspaniya bankı BBVA-nın "WatsonX"un ilk müştəriləri arasında olduğunu açıqlayan IBM, platformanın iyul ayından etibarən geniş ictimaiyyətə təqdim ediləcəyini açıqlayıb.

Zəminə Hüseyn
Fins.az