DÜNYA

09 May

Almaniyada bu ilin mart ayında sənaye istehsalı 10,7% azalıb

Almaniyada bu ilin mart ayında sənaye istehsalı 10,7% azalıb ki, bu da 2020-ci ildən bəri ən böyük aylıq azalmadır. 

Fins.az xəbər verir ki, bu barədə Almaniya İqtisadiyyat Nazirliyi məlumat açıqlayıb.

Məlumata görə, ölkədə sənaye istehsalının azalmasına avtomobil sektorunda istehsalın zəifləməsi səbəb olub. Bu da ölkənin tənəzzül astanasında olduğunu göstərir.

Bildirilib ki, ölkədə avtomobil və avtomobil hissələri istehsalı 6,5% azalıb.