Oksford Davamlı Maliyyə Qrupunun hesablamalarına görə, Avropa İttifaqında (Aİ) yaşıl enerji 2028-ci ilə qədər Rusiya təbii qazını 811 milyard avro sərmayə ilə əvəz edə bilər.
Fins.az "Anadolu Ajansı"na istinadən xəbər verir ki, hesablamaya görə, 512 milyard avroluq əlavə sərmayənin təxminən 90 faizinin yaxın 30 ildə qaz alışı ehtiyacını aradan qaldıracağı gözlənilir.
Qeyd edək ki, Avropa İttifaqı 2023-cü ilin ilk 4 ayında Rusiyaya qaz üçün 5 milyard avro ödəyib.
Zəminə Hüseyn
Fins.az