"LinkedIn", iki il əvvəl Çində mövcudluğunu azaltmaq planının bir hissəsi olaraq, avqust ayına qədər ölkədəki yerli tətbiqini bağlayacağını açıqlayıb.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, həmçinin, 716 nəfəri işdən çıxartmağı planlaşdırır.
Şirkət gərgin rəqabətə əsaslanaraq, yerli məşğulluq proqramı "InCareer"i avqust ayına qədər ləğv edəcək. Şirkət bir blog yazısında satış və marketinq kimi səyləri azaldacağını, yerli mühəndislik və məhsul qruplarını ixtisar edəcəyini açıqladı.
Zəminə Hüseyn
Fins.az