DÜNYA

09 May

Çinin Avropaya sərmayəsi son 10 ilin ən aşağı həddə çatıb

"Rhodium Group" və "Merics" tərəfindən aparılan araşdırmalara görə, Avropanın texnologiya və infrastruktur sektorunda təklif edilən 16 Çin sazişindən 10-u tənzimləyicilər tərəfindən bloklanıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, hesabatda 2022-ci ildə Çinin Aİ və İngiltərəyə investisiyalarının ümumi səviyyəsinin 22 % azalaraq 7,9 milyard avroya düşdüyü bildirilib.

"Rhodium Group" və "Merics" tədqiqat firmasının araşdırmasına görə, 2022-ci ildə investisiyaların 22 faiz azalması, Avropanın illərdir Pekindən investisiya cəlb etməyə çalışmasından sonra aktivlərin satışına nəzarət etmək üçün atılan son addımları əks etdirir.

Zəminə Hüseyn
Fins.az