DÜNYA

09 May

Mart ayında ABŞ-ın topdansatış ehtiyatları gözləntilərin altında qalıb

ABŞ Ticarət Nazirliyi mart ayı üçün topdansatış ehtiyatları və satış məlumatlarını açıqlayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, mart ayında ABŞ-da topdansatış ehtiyatları dəyişməz qalıb.

Sözügedən məlumatlar üçün gözlənti 0,1% artım idi.

Müvafiq olaraq, topdansatış ehtiyatları mart ayında əvvəlki ayla müqayisədə dəyişməyərək 918,5 milyard dollar olub.

Ehtiyatlar mart ayında keçən ilin eyni dövrü ilə müqayisədə yüzdə 9,1 azalıb.

Zəminə Hüseyn
Fins.az