DÜNYA

09 May

Çinin ixracı gözləniləndən çox artıb

Aprel ayında Çinin ixracı artmaqda davam edib, idxal isə kəskin azalıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, ixracat aprel ayında illik müqayisədə 8,5% artaraq iqtisadçıların gözləntilərini üstələyib. 

İdxal isə 7,9 % azalıb.

İqtisadçılar ixracın 8 % artacağını, idxalın isə 0,2 % azalacağını proqnozlaşdırmışdılar.

Zəminə Hüseyn
Fins.az