DÜNYA

08 May

Avrozonada investorların inamı son 4 ayın ən aşağı səviyyədədir

Avrozonada investor inamı son 4 ayın ən aşağı səviyyəsinə enib, Almaniyada isə may ayında azalma sürətlənib.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, əvvəlki ayda -8,7 bənd olan investor güvən indeksi may ayında -13,1 bəndə geriləyib.

Analitiklər indeksin -8,0 bəndədək yüksələcəyini proqnozlaşdırmışdılar.

Beləliklə, indeks bu ilin yanvarında -17,5-dən sonra ən aşağı səviyyəyə düşüb.

Zəminə Hüseyn
Fins.az