DÜNYA

08 May

Son bir il ərzində 1,3 milyon vətəndaş Rusiyanı tərk edib

Rusiya son onilliklərin ən əhəmiyyətlisi olan kəskin işçi çatışmazlığı ilə üzləşir.

Fins.az Rusiya Mərkəzi Bankına istiandən xəbər verir ki, 14.000 işəgötürən arasında aparılan sorğuda işsizlərin sayının 1998-ci ildən bəri ən aşağı səviyyədə olduğu müəyyən edilib.

Rusiya Müdafiə Nazirliyi "Twitter" səhifəsində məlumat yayımlayaraq qeyd edib ki, kəşfiyyat məlumatlarına görə, COVID-19 pandemiyasının və Ukraynadakı müharibənin son üç il ərzində təsiri Rusiya əhalisinin gözlənilmədən 2 milyondan çox azalması ilə nəticələnib. Üstəlik, son bir il ərzində daha 1,3 milyon vətəndaş Rusiyanı tərk edib, onların əksəriyyəti gəlir gətirən sahələrdə çalışan gənclər və təhsilli insanlardır.

Məhdud işçi qüvvəsi Rusiya iqtisadiyyatının potensial artımının əhəmiyyətli dərəcədə azalmasına və inflyasiya riskinə səbəb ola bilər. Rusiyada vəziyyət o qədər gərgindir ki, ekspertlər ölkənin iqtisadi artımının sürətləndirilməsinə və yeni əmək resurslarının cəlb edilməsinə yönəlmiş yeni qanunvericilik aktlarının və proqramların hazırlanmasının zəruriliyini qeyd edirlər.