DÜNYA

08 May

Türkiyədə ixrac iqlimində bir ilin ən yüksək göstəricisi müşahidə olunub

İstanbul Sənaye Palatası (İSO) Türkiyə İstehsal Sənayesi İxrac İqlimi İndeksi 2023-cü ilin aprel ayı nəticələri açıqlanıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, göstəricilər aprel ayında 53,1 olub.

Türk istehsal sektorunun 9 % payla ən böyük ixrac bazarı olan Almaniyada istehsal artımı bu ilin əvvəlindəki yavaşlamadan sonra yaxşılaşmaya işarə edərək aprel ayında sürət qazanaraq keçən ilin ən yüksək sürətinə çatıb.