Yaponiyanın xidmət sektorunun fəaliyyəti aprel ayında rekord sürətlə artıb.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, Au Jibun Bank tərəfindən açıqlanan xidmət sektoru satınalma menecerləri indeksi (PMI) apreldə 55,4 olub.
Martda isə göstəricilər 54,9-u keçib.
Aprel ayı üçün istehsal və xidmət rəqəmlərini birləşdirən Yaponiyanın kompozit göstəricisi dəyişməyərək 52,9 olub.
Bu, 2022-ci ilin iyun ayından bəri ən sürətli artım tempini göstərir.
Zəminə Hüseyn
Fins.az