DÜNYA

05 May

Türkiyədə aprel ayında ən çox satılan avtomobil markaları açıqlanıb

Türkiyənin Avtomobil Distribyutorları və Mobility Dərnəyinin (ODMD) məlumatlarına görə, bu ilin aprel ayında avtomobil və yüngül ticari vasitə satışları 2022-ci ilin aprel ayına görə 62,7 % artaraq 97 min 679 olaraq qeyd edilib.

Fins.az "Anadolu Ajansı"na istinadən xəbər verir ki,Türkiyənin avtomobil və yüngül ticari avtomobil bazarında aprel ayında ən çox satış edən markalar sırasıyla Fiat, Renault və Ford olub.

Aprel ayında avtomobil satışları bir keçən ilin eyni ayına görə 69,9 % artaraq 77 min 398, yüngül ticari vasitə satışları isə 40,1% artaraq 20 min 281 olub.

Zəminə Hüseyn
Fins.az