DÜNYA

05 May

Türkiyədə qırmızı ət istehsalı 2 milyon tonu keçib

Türkiyə Statistika Təşkilatı 2022-ci il üçün qırmızı ət istehsalı statistikasını açıqlayıb.

Fins.az "Anadolu Ajansı"na istinadən xəbər verir ki, qırmızı ət istehsalı əvvəlki ilə nisbətən 12,3% artaraq ilk dəfə 2 milyon tonu keçib.

2022-ci ildə qırmızı ət istehsalının 71,8 %-ni mal əti, 22,3 %-ni qoyun əti, 5,3 %-ni keçi əti və 0,6 %-ni camış əti təşkil edib.

Zəminə Hüseyn
Fins.az