DÜNYA

05 May

Apple gəlirləri iPhone satışları ilə təxminləri üstələyib

"Apple" yanvar-mart dövrü üçün balans hesabatını açıqlayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, "Apple"ın yanvar-mart dövründə əldə etdiyi gəlir illik 3 % azalaraq 94,8 milyard dollara düşüb. Bazar gözləntilərini üstələyən şirkətin gəlirinin bu dövrdə 92,9 milyard dollar olacağı proqnozlaşdırılmışdır.

Ötən ilin eyni dövründə şirkət 97,3 milyard dollar gəlir əldə edib.

Zəminə Hüseyn
Fins.az