DÜNYA

04 May

Türkiyənin təbii qaz idxalı fevral ayında azalıb

Türkiyənin Enerji Bazarı Tənzimləmə Qurumunun fevral ayı “Təbii Qaz Bazarı Sektoru Hesabatı” dərc edilib.

Fins.az "Anadolu Ajansı"na istinadən xəbər verir ki, Türkiyənin təbii qaz idxalı fevral ayında keçən ilin eyni ayına görə 4,2 % azalaraq təxminən 6 milyard 11 milyon kubmetr olub.

Fevralda ən çox təbii qaz idxalı 2 milyard 65 milyon kubmetrlə Rusiyadan edildiyi halda, bu ölkəni 1 milyard 21 milyon kubmetrlə ABŞ və 815 milyon kubmetrlə Azərbaycan izləyir.

Zəminə Hüseyn
Fins.az