DÜNYA

04 May

Forbes siyahısına görə dünyanın ən zəngin insanları - SİYAHI

"Forbes"in bu il 37-ci dəfə dərc etdiyi milyarderlər siyahısına görə, dünya üzrə milyarderlərin sayı əvvəlki illə müqayisədə 28 nəfər azalaraq 2640-a düşüb və ardıcıl ikinci azalma qeydə alınıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, siyahıya əsasən, dünyanın ən zəngin 10 adamı aşağıdakı kimi yer alıb:

1.Bernar Arno - 211 milyard dollar
2. İlon Mask - 180 milyard dollar
3.Ceff Bezos - 114 milyard dollar
4. Larri Ellison - 107 milyard dollar
5. Vorren Baffett - 106 milyard dollar
6. Bill Gates - 104 milyard dollar
7. Maykl Blumberq - 94,5 milyard dollar
8. Carlos Slim - 93 milyard dollar
9. Mukeş Ambani - 83,4 milyard dollar
10. Stiv Balmer - 80,7 milyard dollar

Zəminə Hüseyn
Fins.az