DÜNYA

04 May

Honq-Konq faiz dərəcələrini artırır

ABŞ Federal Ehtiyat Sisteminin (FED) göstərici faiz dərəcəsini 25 bənd artırmasından sonra Çinin Honq-Konq Xüsusi İnzibati Bölgəsi ABŞ dollarına bağlı məzənnə rejiminə görə eyni məzənnə ilə göstərici dərəcəsini artırıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, bölgənin faktiki mərkəzi bankı olan Honq-Konq  faiz dərəcəsini 5,5 %-ə qaldırıb.

Honq-Konq pul siyasətində FED-in izi ilə getdi.

Zəminə Hüseyn
Fins.az