DÜNYA

04 May

BVF Azərbaycanın daxil olduğu regionun büdcə proqnozunu açıqlayıb

Beynəlxalq Valyuta Fondu (BVF-IMF) 2023 və 2024-cü illər üzrə Azərbaycanın daxil olduğu Qafqaz və Mərkəzi Asiyanın neft ixrac edən ölkələrinin (CCA OE) makroiqtisadi göstəricilərlə bağlı proqnozunu açıqlayıb.

Fins.az xəbər verir ki, Fond bu il sözügedən üç ölkə -Azərbaycan, Qazaxıstan və Türkmənistanda tədiyyə balansının cari əməliyyatlar hesabının profisitini 3,1%, 2024-cü ildə isə 2,5% proqnozlaşdırıb. 2022-ci ildə bu rəqəm 8,6% təşkil edib.

BFV CCA OE ölkələri üzrə büdcə kəsirinin 2023-cü ildə ÜDM-in 1,1%-ni, 2024-cü ildə isə 0,8%-ni təşkil edəcəyini müəyyən edib. Qeyd edilib ki, 2022-ci ildə region ölkələri üzrə büdcə ÜDM-in 1,4%-i civarında profisitli olub.

Beynəlxalq Valyuta Fondu həmçinin, region ölkələrində 2025-ci ilə kimi inflyasiyanın azalacağını açıqlayıb. Bu il üzrə inflyasiya 13%, 2024-cü il üzrə 8,7% proqnozlaşdırılıb. 2022-ci ildə bu rəqəm 14,3% təşkil edib.