DÜNYA

04 May

Dünya bazarlarının əsas indeks göstəriciləri

Mayın 3-də Amerika fond bazarında Dow Jones indeksi 0.80% – 33,414.24 bəndədək, SP 500 indeksi 0.70% – 4,090.75 bəndədək, Nasdaq indeksi isə 0.46% – 12,025.33 bəndədək azalıb.

Fins.az xəbər verir ki, Avropa fond bazarlarında mayın 3-də Almaniyanın DAX indeksi 0.56% – 15,815.06 bəndədək, FTSE 100 indeksi 0.20% – 7,788.37 bəndədək, Fransanın CAC-40 indeksi isə 0.28% - 7,403.83 bəndədək artıb.

Avro isə ABŞ dolları qarşısında ötən günlə müqayisədə 0.18% dəyər qazanaraq 1.1082 dollara bərabər olub.