DÜNYA

03 May

Qlobal hava yüklərinə tələbat bərpa olunur

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) hava yük bazarı təhlilinə görə, 2023-cü ilin yanvar və fevral aylarında sektora tələb illik bazda müvafiq olaraq 16,8 % və 9,4 % azalıb.

Fins.az "Anadolu Ajansı"na istinadən xəbər verir ki, qlobal hava yüklərinə tələbat mart ayında keçən ilin eyni ayına nisbətən 7,7 % azalsa da, tələbin azalması tendensiyası yavaşlayıb.

Qlobal hava yükdaşıma qabiliyyəti mart ayında illik müqayisədə 9,9 % artıb.

Bu il Afrika-Asiya marşrutu bütün digər əsas hava yükdaşıma marşrutları arasında müsbət artım qeydə alınmış yeganə marşrut olub.

Zəminə Hüseyn
Fins.az