DÜNYA

03 May

Aİ keçən il kənd təsərrüfatı məhsullarından 33,5 milyard avroluq gəlir əldə edib

Avropa Statistika İdarəsi (Eurostat) Avropa İttifaqının (Aİ) 2022-ci il üçün kənd təsərrüfatı məhsulları ticarəti ilə bağlı məlumatı açıqlayıb.

Fins.az "Anadolu Ajansı"na istinadən xəbər verir ki, Aİ keçən il kənd təsərrüfatı məhsullarından  33,5 milyard avroluq gəlir əldə edib.

Müvafiq olaraq, kənd təsərrüfatı məhsullarının ümumi ticarəti əvvəlki ilə nisbətən 77,5 milyard avro artaraq 424,7 milyard avroya çatıb.

Zəminə Hüseyn
Fins.az