DÜNYA

03 May

İstanbul Hava Limanından 200 milyon sərnişin istifadə edib

Bu günə qədər 200 milyon sərnişin İstanbul Hava Limanından istifadə edib.

Fins.az "Haber Global"a istinadən xəbər verir ki, 200 milyonuncu sərnişin İstanbuldan Sinqapura gedən 32 yaşlı Carine Lee olub.

29 oktyabr 2018-ci ildə açılışından bu yana İstanbul Hava Limanı 200 milyon sərnişin barajını keçərək aviasiya sənayesində Türkiyə üçün daha bir mühüm uğura imza atıb. 

Zəminə Hüseyn
Fins.az