DÜNYA

03 May

Tesla ABŞ, Çin, Kanada və Yaponiyada qiymətləri artırıb

Elektrikli avtomobil istehsalçısı "Tesla" ABŞ, Çin, Kanada və Yaponiyada "Model 3" və "Model Y" avtomobillərinin qiymətini artırdığını açıqlayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu il bir neçə dəfə endirimlərə gedən "Tesla" bu dəfə mühüm bazarlarında avtomobillərinin qiymətlərini artırıb.

Şirkətin saytındakı qiymət siyahısına əsasən, "Tesla"nın "Model 3" avtomobilinin Çində qiyməti 229 min 900 yuandan 231 min 900 yuana (33 min 549 dollar) yüksəlib. "Model Y" avtomobili isə 2000 yuan artırılıb.

ABŞ-da "Model 3" və "Model Y" seriyalarında 250 dollarlıq qiymət artımı edilib.

Tesla Yaponiya və Kanadada da bəzi avtomobillərinin qiymətini artırıb.

Zəminə Hüseyn
Fins.az