DÜNYA

03 May

Rusiyanın neft şirkəti "Lukoil"in xalis mənfəəti 22 % azalıb

Rusiyanın neft şirkəti “Lukoil”un xalis mənfəəti bu ilin birinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 22 % azalaraq 104 milyard rubla (təxminən 1,3 milyard dollar) düşüb.

Fins.az “Anadolu Ajansı”na istinadən xəbər verir ki, azalmaların səbəbi ilə bağlı heç bir qiymətləndirmə aparılmayıb.

“Lukoil”un verdiyi açıqlamada şirkətin gəlirlərinin ilin birinci rübündə 2022-ci ilin eyni dövrü ilə müqayisədə 37 % azalaraq 455 milyard rubla çatdığı bildirilib.

Zəminə Hüseyn
Fins.az