DÜNYA

02 May

Yeni bank iflaslarının ehtimalı yüksəkdir

Dünya İqtisadi Forumunun (WEF) özəl və dövlət iqtisadçılarının iştirakı ilə hazırladığı hesabatına əsasən, qlobal iqtisadi artım və inflyasiya ilə bağlı proqnozlar regionlara görə geniş şəkildə dəyişir.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, iqtisadçıların 67 faizi bu il yeni bank uğursuzluqları və “ciddi maliyyə problemləri” ehtimalını kifayət qədər yüksək görür.

İqtisadçıların 80 faizinin fikrincə, iş dünyası maliyyə tapmaqda çətinlik çəkəcək və investisiyalar azalacaq.

Zəminə Hüseyn
Fins.az