"Yapı Kredi Bank Azərbaycan" QSC-nin sahibi olan Türkiyə bankı "Yapı Kredi", 2023-cü ilin ilk rübündə bazarın 11,25 milyard TL (türk lirəsi) proqnozunun üzərində olmaqla 12,64 milyard TL xalis mənfəət əldə edib.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, gözləntilər xalis mənfəətin 11,25 milyard TL olacağı idi.
Bankın xalis mənfəəti əvvəlki rübdə 17,4 milyard TL, ötən ilin eyni rübündə 7,3 milyard TL idi.
Zəminə Hüseyn
Fins.az