DÜNYA

01 May

"First Republic"in səhmlərinin qiyməti 50 %-ə yaxın ucuzlaşıb

ABŞ-da bank böhranında adı çəkilən banklardan biri olan "First Republic"in səhmlərinin qiyməti 50 %-ə yaxın ucuzlaşıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, ABŞ Federal Əmanətlərin Sığortalanması Korporasiyasının (FDIC) banka qəyyum təyin edə biləcəyi xəbərindən sonra bankın səhmləri dəyərinin təxminən 50 %-ni itirib.

Həmçinin, bankda depozitlər 40 %-dən çox azalıb

Zəminə Hüseyn
Fins.az