DÜNYA

28 Aprel

Intel balans hesabatını açıqlayıb

Intel 2023-cü ilin birinci rübü üçün balans hesabatını açıqladı.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, Intel, yanvar-mart dövründə 2,8 milyard dollarla şirkətin tarixində ən yüksək rüblük itkisini bildirib.

Buna görə ilin ilk rübündə şirkətin gəlirləri keçən ilin eyni dövrünə görə 36 % azalaraq 11,7 milyard dollara geriləyib. Intel ötən ilin yanvar-mart dövründə 18,4 milyard dollar gəlir əldə edib.

Zəminə Hüseyn
Fins.az